Slimfit
  1. CƏMİYYƏT

Builki meyvə qıtlığının səbəbi açıqlandı

Builki meyvə qıtlığının səbəbi açıqlandı
Sakura

Builki meyvə qıtlığının səbəbi açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu builki meyvə-tərəvəz qıtlığının səbəbini açıqlayıb.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,İnstitutun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə bildirib ki, bu il respublika ərazisində meyvə-tərəvəzin az olmasının birinci səbəbi fevral ayında, martın əvvəlində havanın temperaturunun xeyli yüksək olması və ağacların vaxtından əvvəl çiçəkləməsidir. Bunlar xüsusən ərik, alça, gavalı, alma ağaclarıdır:

"Ağaclar çiçəklədikdən bir neçə gün sonra havanın tenmperaturu yenidən düşdüyü və güclü soyuq külək əsdiyi üçün çiçəklər məhv oldu. Çiçəklər məhv olduğu üçün meyvənin kəmiyyəti azalmalı idi və biz bunu əvvəldən də gözləyirdik. Builki meyvə qıtlığının bir səbəbi budur. Digər səbəb isə onların su ilə yaxşı təmin edilməməsidir".

Mövsümün bundan sonrakı meyvələri barədə də danışan M.Həsənov əlavə edib ki, əncir çox su tələb edən bitki olmadığı üçün onun suvarılması o qədər də vacib deyil. Bu baxımdan əncirlə bağlı məhsuldarlığın az olacağı gözlənilməyə bilər. Amma bundan sonra su qıtlığı olarsa, üzümün suvarılması vaxtlı-vaxtında aparılmazsa, bu, məhsuldarlığın az olmasına gətirib çıxaracaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR