Dərc edildi: Baxış sayı: 608
Bugünkü imtahandan bir nəfər xaric olundu
İyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokollarının, cavab kartları və vərəqlərinin emalına başlanılacaq.
11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
9-cu sinif üzrə buraxılış imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət