Dərc edildi: Baxış sayı: 343
Buğda idxalı daha üç il müddətinə ƏDV-dən azad edilib
Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.
Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddəti iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.
Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət