Slimfit
  1. AVTO VƏ MOTO

Bugatti yeni ekstremal hiperkar hazırlayıb

Bugatti yeni ekstremal hiperkar hazırlayıb
Sakura

Bugatti yeni ekstremal hiperkar hazırlayıb

Fotocasuslar Bugatti markasının sirli hiperkarı üzərindəki sirr pərdəsini qismən götürməyə müvəffəq olublar. Xatırladaq ki, fransız istehsalçısı bir həftə bundan öncə hiperkarın ilk tizerini dərc etmişdi. Gözlənildiyi kimi, söhbət ümumi yollarda istismarı nəzərdə tutulmayan və aqressiv aerodinamikaya malik olan trek hiperkarından gedir. Yeni hiperkarın onlayn təqdimatı 28 oktyabr tarixində baş tutmalıdır.

Ekstremal Bugatti hiperkarı qeyri-adi X formalı arxa optikaya, dözümlülük yarışlarında iştirak edən sportprototiplərdəkii kimi aerodinamik "üzgəcə", iri spoylerə və inkişaf etdirilmiş aerodinamik dayağa malikdir. Yeni hiperkarın şəkilləri uzaq məsafədən çəkilib, üstəlik eksteryer dizaynı haqqında mülahizə yürütməyə kamuflyaj örtüyü imkan vermir.

Yeni hiperkarın əsasını Chiron modelinin təşkil etdiyi ehtimal olunur, lakin dəbdəbəli kupenin şassisi, kuzovu və kokpiti idarəetmə xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədi ilə ciddi şəkildə yüngülləşdirilib. Yəqin ki, konstruktorlar avtomobilin bir kiloqram çəkiyə düşən güc nisbətini 0.67-ə çatdırmağı bacarıblar - bu nisbət 8,0-litrlik W16 mühərrikinin gücünü 1.600 at qüvvəsinə çatdırması, çəkisinin isə 1.072 kiloqrama qədər endirilməsi sayəsində əldə edilə bilər.

Bugatti şirkətinin prezidenti Stefan Vinkelmann jurnalistlərin ultra yüngül hiperkar haqqında təxminlərini dolayı yolla təsdiqləyib. “Bugatti markası 110 ildən çoxdur ki, avtomobil idmanı və aviasiya ilə yaxından bağlıdır. Markanın ilk modellər bu iki sahə ilə açıq paralellərin olduğunu nümayiş etdirir. Buraya açıq mexanizmlər, yüngül konstruksiya, güc ilə çəkinin yaxşı nisbəti, habelə aerodinamikanı yaxşılaşdırmaq üçün ilk cəhdlər daxildir ", - fransız markasının rəhbəri bildirib.

Bugatti şirkəti adı açıqlanmayan hiperkarın üzərindəki sirr pərdəsini 28 oktyabr tarixində götürməyi planlaşdırır. Avtomobilin fərdi sifariş ilə yeganə nüsxədə hazırlandığına şübhə yoxdur. Çox güman ki, yeni hiperkarın qiyməti bu sahədə rekorda imza atan La Voiture Noire modeli ilə müqayisə oluna bilər.

Mənbə: autograph.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR