Slimfit
  1. CƏMİYYƏT

Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı - Video

Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı - Video
Sakura

Bufetdəki dönərdən zəhərlənən tələbələr danışdı - Video

Məlum olduğu kimi, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində 18 tələbə dönərdən zəhərlənib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  zəhərlənən tələbələr Xəzər TV-yə hadisənin təfərrüatını danışıblar.

“Universitetin bufetində dönər yedim, elə həmin gün vəziyyətim pisləşdi. Qızdırmam qalxdı, mədəm bulandı. Məndən başqa yaxın dostum da dönərdən zəhərlənib”, - tələbələrdən biri bildirib.

Digər tələbənin sözlərinə görə, bu hal ilk dəfədir baş verib: “Üç ildir ki, bu bufetdə dönər yemişik, ama heç belə halla qarşılaşmamışdıq. Ancaq 2 gün əvvəl dönərdən zəhərləndik. Həkimlərin səyləri nəticəsində bu gün daha yaxşıyıq”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb.

Daha ətraflı “Xəzərxəbər”in sujetində:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR