Slimfit
  1. İQTİSADİYYAT

Büdcədə daha bir DƏYİŞİKLİK – Rəqəm 30 milyard manata qaldırılır

Büdcədə daha bir DƏYİŞİKLİK – Rəqəm 30 milyard manata qaldırılır
Sakura

Büdcədə daha bir DƏYİŞİKLİK – Rəqəm 30 milyard manata qaldırılır

Azərbaycanın 2020-ci il icmal büdcəsi ilə bağlı proqnozlara dəyişiklik edilir.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.

İcmal büdcə - dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlirlərini, xərclərini funksional, iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir.

2020-ci ilin dövlət büdcəsində icmal büdcənin xərclərinin yuxarı həddi 29 milyard 488 milyon 124 min manat məbləğində təsdiqlənib.

Layihədə isə yazılıb ki, həmin rəqəm 30 milyard 308 milyon 342 min 200 rəqəmi ilə əvəzlənsin.

Layihə Milli Məclisin avqustun 4-dən etibarən keçiriləcək növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR