Slimfit
  1. DÜNYA

Budapeşt meriyası Macarıstan paytaxtını velosipedçilər şəhərinə çevirəcək

Budapeşt meriyası Macarıstan paytaxtını velosipedçilər şəhərinə çevirəcək
Sakura

Budapeşt meriyası Macarıstan paytaxtını velosipedçilər şəhərinə çevirəcək

Budapeştin nəqliyyat mərkəzi (BKK) ölkə paytaxtının velosipedçilər şəhərinə çevrilməsi layihəsi çərçivəsində velosipedçilər üçün yeni xəritə yaradılması təşəbbüsü ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, həmin layihə çərçivəsində MOL Bubi velosiped kirayəsi çox populyarlaşıb. BKK-nın strateji planlarında ekoloji təmiz ictimai nəqliyyatın təbliği və şəhərdə yeni velosiped marşrutlarının yaradılması da nəzərdə tutulur.

MOL Bubi ictimai velosipedlərin kirayəsi sistemi keçən il metroda yenidənqurma işləri başlanandan bəri istifadəçilər arasında daha da populyarlaşıb. Bu günlərdə BKK Budapeştdə velosipedçilərin istifadə edə biləcəyi bütün marşrutları əhatə edən yeni velosiped xəritəsini dərc edib.

“bkk.hu/bicikli” saytında xəritədən başqa “BKK Trip Planner” kimi yeni əlavə funksiyalar da təqdim edilib. Bu funksiyalar yeni marşrut və ya səfər planlaşdırılarkən xüsusilə faydalı olacaq.

Əcnəbilər və turistlər üçün xoş xəbər: indi velosiped xəritəsi həm də ingilis dilində əlyetərlidir. Buna görə də qonaqlar Budapeştdə velosipedlə maraqlı səfərləri planlaşdırmaq üçün həmin xəritədən istifadə edə biləcəklər.

Velosiped xəritəsinin əlavə funksiyaları bunlardır: əsas velosiped marşrutları, avtomobillərin az hərəkət etdiyi marşrutlar, hərəkətin birtərəfli olduğu küçələr və s.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR