Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu yeməkləri mikrodalğalı sobada isitməyin

Bu yeməkləri mikrodalğalı sobada isitməyin
Sakura

Bu yeməkləri mikrodalğalı sobada isitməyin

Rusiyalı dietoloq Yelena Solomatina mikrodalğalı sobada isidilməməli olan qidaları sadalayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis qızdırıldıqda bir çox məhsulun faydalı xüsusiyyətlərini itirdiyini və bəzən zəhərə çevrildiyini açıqlayıb. Xüsusilə mikrodalğalı sobada C vitamini faydasız komponentlərə parçalanır, təmizlənməmiş yağlar oksidləşir və kanserogenə çevrilir.

Soyuducudan çıxarılan tərəvəz salatını isitmək fikri də yaxşı deyil. Solomatinanın sözlərinə görə, bitkilərin tərkibindəki nitratlar qızdırıldıqda zəhərli nitrosaminə çevrilir.

Həmçinin soyuq qazlı suyu qızdırmaq yaxşı fikir deyil. Çünki ona aspartam kimi qatqı maddələri əlavə olunur, yüksək temperatura məruz qaldıqda arsen ilə toksikliklə müqayisə edilə bilən formaldehidə çevrilir.

Dietoloq Solomatina rəfinə edilmiş pendirin təhlükəsindən də danışıb. Dediyinə görə, rəfinə edilmiş pendirin həddindən artıq istifadəsi tərkibindəki fosfatların bədəndən kalsiumu çıxarmasına səbəb ola bilər.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR