Dərc edildi: Baxış sayı: 692
Bu yaxta günəş enerjisi ilə işləyəcək
Lüks yaxta “Solar impact” üzərindəki 300 metrlik günəş paneli ilə yanacaq işlətmədən dünyanı gəzə biləcək.
“Seanews.az” xəbər verir ki, yaxtanın istehsal etdiyi günəş enerjisi 10 saatlıq fasiləsiz səfər etməyə imkn verəcək.
Bəs, “Solar impact” buludlu havalarda necə hərəkət edəcək?
İstehsalçılar bunu da nəzərə alıb. Belə ki, günəşdən enerji alınmadığı zamanlarda istifadə üçün iki ədəd dizel ilə işləyən mühərrik var. Mühərriklər sürətli olmasa da, üzən vasitənin mənzil başına çatmasına kömək edə biləcək.
Yaxtanın nə vaxt istismara veriləcəyi məlum deyil, hazırda sifarişlər qəbul olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət