Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu yaşda olanlar virusa daha çox yoluxur

Bu yaşda olanlar virusa daha çox yoluxur
Sakura

Bu yaşda olanlar virusa daha çox yoluxur

Hazırda Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma halları gənclər arasında artıb.

Ens.az lent.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe deyib.

"Qış fəslinin gəlişi ilə bu gənclər yaşlı əhali ilə daha yaxın təmasda olacaq və beləliklə xəstəxanaya müraciətlərin və ölümlərin sayı artacaq", - deyə ÜST rəsmisi bildirib.

Hans Kluqe gənclərə çağırış edib: "Heç kəs yenilməz deyil və bu pandemiya tornado kimidir".

Regional direktorun fikrincə, indiyə qədər olan təcrübə göstərir ki, kütləvi testlərin aparılması və koronavirusla bağlı izləmə sistemi pandemiya ilə mübarizədə effektiv təsir göstərir: "Biz indi ölkələrin virusun yayılma sürətini və şiddətini təəccüblə qarşıladığı fevral ayındakı kimi deyilik. Bunun əvəzinə indi bizim üçün əsas olan sayıqlıqdır və vəziyyəti nəzarətdə saxlamaq üçün kifayət qədər məlumatlıyıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR