Slimfit
  1. CƏMİYYƏT

Bu yaşda olan insanların daha çox psixoloji dəstəyə ehtiyacı var

Bu yaşda olan insanların daha çox psixoloji dəstəyə ehtiyacı var
Sakura

Bu yaşda olan insanların daha çox psixoloji dəstəyə ehtiyacı var

“COVİD-19 pandemiyası zamanı insanların, xüsusilə də əhalinin əsas risk qruplarının psixi sağlamlığının qorunması üçün karantin şəraitində yaşam” adlı onlayn Beynəlxalq Konfrans keçirilib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, Türkiyə, Gürcüstan, Sloveniya və digər ölkələrin mütəxəssislərinin, eləcə də Qızıl Aypara və Qırmızı Xaç Cəmiyyətinin fərqli ölkələr üzrə nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və səhiyyə sahəsində Beynəlxalq proqramlar üzrə ölkə əlaqələndirmə Komissiyasının dəstəyilə reallaşıb.

Sloveniyadan səhiyyə üzrə mütəxəsis Ciril Klajnscek, Gürcüstandan psixi Qızıl Xaç Cəmiyyətinin Psixi sağlamlıq üzrə kordinatoru Nino Siradze əhalinin əsas risk qruplarının psixi sağlamlığının qorunması istiqamətində dünya təcrübəsini bölüşüblər. TƏBİB-in psixoloji dəstək qurupunun koordinatoru Nərmin Osmanlı COVID-19 pandemiyası dövründə əhalinin və tibb işçilərinin psixi sağlamlığı və göstərilən psixoloji dəstək xidmətləri” mövzusunda danışıb. O, TƏBİB-in təşəbbüsü ilə karantin rejiminin ilk dövrlərində psixoloji dəstək komandasının yaradıldığını və Türkiyənin təcrübəsindən faydalanaraq könüllü psixoloqların iştirkı ilə beş gün ərzində təlimlərə başladıqlarını bildirib. Konfransda ilk psixoloji yardım, stress modelləri, böhran hallarında detallı çalışmalar, onlayn dəstək xidməti, etik prinsiplər, öhdəliklər də müzakirə olunub. Vebinar boyunca TƏBİB-in dəstəyi ilə pandemiya ilə mübarizəni əks etdirən 10-a yaxın fərqli mövzuda video-çarx təqdim olunub. Bura COVİD-19 pandemiyası və sosial izolyasiya tədbirlərinin psixi sağlamlığa təsiri, pandemiya dövründə yaşlılara yanaşma tərzi, psixoloji sağlamlıq kimi mövzular daxildir. Tibb işçiləri üçün psixoloji dəstəyin təmin edildiyi istiqamətində reallaşan layihə barədə də məlumat verilib. Eləcə də 15-42 psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi də diqqətə çatdırılb. Psixoloji dəstək xəttinə müraciətlərin statistikası barədə qeyd edilib ki, paytaxt Bakı ilə yanaşı Gəncə, Şəmkir, Şəki, Sumqayıt, Ucar, Bərdə, Gədəbəy, Xaçmaz kimi bölgələrdən də müraciətlər daxil olur. Ən çox 26-40 yaş arası müraciət edənlər ilk yerdədir, daha sonra 41-65 yaş arası olanlar müraciət edir. Ən çox əsəb və gərginliklə, daha sonra təşviş və həyəcan yaşayanlar müraciət eənlər arasında çoxluq təşkil edir. Ailədaxili münasibətlərlə bağlı problemlər, depresiyyadan əziyyət çəkənlər də müraciət edənlər sırasındadır. Pandemiya ilə bağlı aparılan araşdırmalarda o da məlum olub ki, qadınlar kişilərə nisbətən daha yüksək təşviş və həyacan yaşayırlar. Tədbirin sonunda gələcəkdə görüləcək işlər barədə təkliflər səslənib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR