Slimfit
  1. GÜNDƏM

Bu xəstəliyi olanlar avtomobil sürə bilməyəcək: Siyahı hazırlanır

Bu xəstəliyi olanlar avtomobil sürə bilməyəcək: Siyahı hazırlanır
Sakura

Bu xəstəliyi olanlar avtomobil sürə bilməyəcək: Siyahı hazırlanır

Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı hazırlanacaq. 
Yeniavaz.com xəbər verir ki, bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Proqramda bu iş Səhiyyə Nazirliyinə həvalə olunub. Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısının hazılanması işinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Nəqliyyat Agentliyi də cəlb olunacaq.
Proqramda həmçinin əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydalarının hazırlanması və bununla bağlı təlim-tədris prosesinin təkmilləşdirilməsi məsələsi də yer alıb. 2019-2023-cü illərdə görüləcək bu iş Daxili İşlər Nazirliyinə həvalə olunub. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Nəqliyyat Agentliyi də bu işə cəlb olunacaqlar.
Proqrama əsasən, Azərbaycan Respublikasında və ya xaricdə (Azərbaycan Respublikasında istifadə edildikdə) sürücülük vəsiqəsi verilmiş şəxslər haqqında statistik məlumat bazası da yaradılacaq. Daxili İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunan bu iş 2019-2020-ci illərdə tam başa çatdırılacaq. 

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, birinci dəfə sürücülük vəsiqəsi əldə etmək istəyən vətəndaşlar həkim psixiatr, nevropatoloq, lor, okulist, cərrah, ginekoloq, terapevt yoxlanışından keçməlidir. 
Gözlərinin biri görüb, digəri görməyən vətəndaşlar da sürücülük vəsiqəsi ala bilməzlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR