Bu xəritəni yenidən cızırıq - Prezident
2019-cu ildə TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir.
Axar.az xəbər verir ki, bu sözləri Azərpaycan Prezidenti İlham Əliyev təbrik çıxışında deyib. Prezident layihənin maliyyə və texniki məsuliyyətinin ölkəmizin üzərində olduğunu bildirib:
"TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir və onlardan 3-ü – “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Kəməri və TANAP artıq reallığa çevrildi. Dördüncü layihə - TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötübdür. Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət