Slimfit
  1. DÜNYA

Bu, Tanrının bizə bəxş etdiyi gözəllikdir - Vatikan

Bu, Tanrının bizə bəxş etdiyi gözəllikdir - Vatikan
Sakura

Bu, Tanrının bizə bəxş etdiyi gözəllikdir - Vatikan

Roma Papası Parisdəki Müqəddəs Məryəm ana kilsəsinin (Paris Notr-Dam kilsəsi) restavrasiyasının Bakıda keçirilən sessiyanın gündəliyində olmasını arzu edir.

Axar.az xəbər verir ki, UNESKO-nun 43-cü sessiyasında çıxış edən Müqəddəs Taxt-Tacın (Vatikan) nümayəndəsi belə deyib.

Vatikan nümayəndəsi bildirib:

“O, çox mühüm ibadətgahdır. Orada eyni vaxtda çoxlu sayda insan ibadət edə bilir. Biz yanğından ciddi ziyan görən Müqəddəs Məryəm ana kilsəsinin məhz özünəməxsus formada bərpa olunması üçün dəstək göstəriləcəyinə inandığımızı bildirmək istəyirik. Müqəddəs Məryəm ana kilsəsi Tanrının bizə bəxş etdiyi gözəllikdir. Biz bu gözəlliyi qoruyub saxlamalıyıq. Roma Katolik Kilsəsi çox istərdi ki, ən mütərəqqi prosesdən istifadə etməklə bu kilsə tezliklə bərpa olunsun. Onun formasına təsir etmədən kilsə yenidən fəaliyyətə başlamalıdır. Çünki orada aparılan fəaliyyətlərin mərkəzində ibadət dayanır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR