Slimfit
  1. CƏMİYYƏT

Bu sürücülər 800 manat cərimələnəcək

Bu sürücülər 800 manat cərimələnəcək
Sakura

Bu sürücülər 800 manat cərimələnəcək

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

"Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt yollarında quraşdırılan kameralar vasitəsilə aparılan müşahidələrə əsasən müəyyən edilib ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozduqları halda cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsul və vasitələrə əl atırlar. Belə ki, bəzi hallarda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran müxtəlif örtüklər çəkməklə, avtomobilin yük yerinin qapısını açmaqla və ya kapotu açıb guya avtomobilin nasaz olmasını göstərməklə inzibati məsuliyyətdən yayınmağa çalışırlar. Təbii ki, bu və ya digər hallar araşdırılaraq bəzi sürücülərin məqsədyönlü davranışı üzə çıxarılır.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir. Göründüyü kimi, məsuliyyətdən yayınmaq məqsədilə törədilən bu kimi əməllər daha ciddi inzibati tənbehin tətbiq edilməsinə əsas yaradır. Odur ki, bir daha sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə və bu cür hallardan çəkinməyə çağırırıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR