Slimfit
  1. DÜNYA

Bu silah tariximiz boyu bizdə olmayıb - Çavuşoğlu

Bu silah tariximiz boyu bizdə olmayıb - Çavuşoğlu
Sakura

Bu silah tariximiz boyu bizdə olmayıb - Çavuşoğlu

“Sülh çeşməsi” əməliyyatı başladığı gündən bu yana həqiqəti əks etdirməyən ittihamlar və qara piar aparıldığını görürük. Sadəcə terrorçuları hədəf aldıq, dinc əhalini qoruduq. Məqsədimiz terrorçuları məhv etməkdir. Biz kürdələrə deyil, terror qruplaşmasına qarşıyıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“YPG-PKK kürdlərin var-dövlətini müsadirə etdi. YPG-PKK kürdləri təmsil etmir. Biz hər kəsdən daha çox Suriyanın ərazi bütövlüyünü düşünürük. Suriyada demoqrafik vəziyyəti dəyişdirmək kimi bir məqsədimiz yoxdur. 350 min suriyalı kürd evlərinə dönməyə hazırdır. Biri “Türkiyə Suriyadakı kürdlərə hücum edir” deyirsə, bunun yalan olduğunu söyləməliyəm. Bunlar yalan xəbərlərdir. İŞİD-lə mübarizəyə davam edəcəyik. İŞİD bizim düşmənimizdir. Neçə dəfə hücumlarına hədəf olduq. YPG-PYD əməliyyat başladığı gündən bizə hücum edir. 1081 minaatan mərmisi şəhərlərimizə atıldı. Arsenalımızda heç bir kimyəvi silah yoxdur. Tariximiz boyu kimyəvi silahdan istifadə etməmişik. Bu da bir qara piardır”, - Çavuşoğlu bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR