Növbəti ildən pensiyaya çıxanların müavinətlərində artım müşahidə ediləcək
Növbəti ildən pensiyaya çıxanların müavinətlərində artım müşahidə ediləcək. Bu, pensiya sahəsində atılmış ən böyük addımdır. Pensiya sahəsində inqilabi dəyişiklik olacaq. Bir daha xatırladım ki, artım yalnız gələn ildən pensiyaya çıxanlara aid olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, büdcədənkənar vəsaitlər tamamilə silinməyəcək, işçilər sosial sığorta qismində ala biləcək.
“Lakin onlar müəyyən faizə vurulmayacaq. Çünki bu, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti deyil. Bu gün bir sıra qurumlarda sıravi işçilər ali rəhbər vəzifələrdəki şəxslərdən yüksək məbləğdə pensiya alır. Ona görə də ədalət prinsipinin bərpası üçün qanunun bu maddəsinə dəyişiklik təklif edilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət