Dərc edildi: Baxış sayı: 431
Bu şəhərin altında 3 min bomba var - Həyəcan təbili
Almaniyanın paytaxtı Berlində torpağın altında 3 mindən çox bomba var.
Axar.az xəbər verir ki, bu barədə həyəcan təbili çalan mütəxəssislər bombaların İkinci Dünya müharibəsindən qaldığını açıqlayıblar.
Onlar bildiriblər ki, Antihitler Koalisiyasının savaş əsnasında atdığı bombaların bəziləri torpağa batıb və partlamayıb. Sonradan sakinlər bu yerlərdə müxtəlif obyektlər, yaşayış evləri tikiblər.
Şəhərdə bu vaxta qədər 7 mindən çox partlamamış bombanın tapıldığı qeyd edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət