“Bu səfər ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək” – Azər Badamov
Metbuat.az-ın məlumatına görə, səfərlə bağlı məlumat yayan Kremlin mətbuat xidməti bildirib ki, sentyabrın 1-də Soçidə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olacaq. Danışıqların yekununda bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması gözlənilir.
Dövlət başçılarının ikitərəfli görüşünün gündəmində mühüm mövzuların, o cümlədən qarşılıqlı faydalı iqtisadi əlaqələrin sonrakı inkişafı müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi olacaq.
Millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyevin hər bir səfəri çərçivəsində Dağlıq Qarabağ və ətrafındakı rayonların işğaldan azad olunması, Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində məsələlər müzakirə olunur. Düşünürəm ki, səfər zamanı iki ölkə arasında strateji əməkdaşlıq haqqında məsələlər də məsələlər müzakirə olunacaq. Rusiya Azərbaycanın ən yaxın şimal qonşusudur, ən çox ticarət əməkdaşlığı olan ölkədir, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən çox ixrac olunduğu bazardır.
Səfər zamanı Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın, biznes mühitinin genişləndirilməsi məsələləri müzakirə oluna bilər. Dövlət başçılarının görüşünü yüksək dəyərləndirirəm və düşünürəm ki, bu görüş ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət