Slimfit
  1. CƏMİYYƏT

Bu rayonlarımıza qar yağdı

Bu rayonlarımıza qar yağdı
Sakura

Bu rayonlarımıza qar yağdı

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dekabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib.

Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR