Bu rayonlarda daha 30 aztəminatlı ailə kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallarla təmin…
Cari ildə özünüməşğulluq proqramı çərçivəsində həmin rayonlarda artıq 200-dək kiçik ailə təsərrüfatı qurulub
Respublikamızın bütün bölgələrində olduğu kimi, Masallı və Cəlilabad rayonlarında da özünüməşğulluq proqramının icrası işləri uğurla davam etdirilir. Bu gün həmin rayonlar üzrə daha 30 nəfər işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal və materiallarla təmin ediliblər.
Mal və materiallarla təmin edilən insanlar işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətini qurmaları, aztəminatlı ailələrin kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, cari ildə özünüməşğulluq proqramı çərçivəsində verilmiş mal və materiallar hesabına yaradılan kiçik ailə təsərrüfatlarının sayı artıq 1650-yə çatıb.
Mənbə: Fins.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət