Bu rayonda da sakinlərə tibbi maska paylandı
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, əhalinin karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
Növbəti belə tədbirlərdən biri də Şəmkirdə baş tutub. Karantin rejiminin qaydalarına riayət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara xüsusi karantin rejiminin tələblərini izah edib.
Onlara mindən çox tibbi maska paylayıblar.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət