Slimfit
  1. AZƏRBAYCAN

Bu raketlər düşməni dəhşətə salmışdı - Prezident

Bu raketlər düşməni dəhşətə salmışdı - Prezident
Sakura

Bu raketlər düşməni dəhşətə salmışdı - Prezident

Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB dövlət başçılarının iclası zamanı bildirib.

"Böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir", - İ.Əliyev qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR