Slimfit
  1. AZƏRBAYCAN

Bu qış evsizləri nə gözləyir?

Bu qış evsizləri nə gözləyir?
Sakura

Bu qış evsizləri nə gözləyir?

Bu il qış fəslinin kəskin keçmə ehtimalı var. Bununla bağlı hər il paytaxt küçələrində yaşayan evsizlər, kimsəsiz insanlar üçün sığınacaqlar, çadırlar quraşdırılırdı. Bu il hər hansı tədbirlər görüləcəkmi? 

Bu barədə Oxu.Az-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı cavab verib.

O bildirib ki, nazirliyin nəzdində evsizlər, küçədə yatan insanlar üçün xüsusi sığınacaqlar açılıb:

“Kimsəsiz və baxımsız şəxslərin çadırlarda yerləşdirilməsi praktikası artıq keçmişdə qalıb. Bu gün nazirliyin müasir tələblərə uyğun sosial sığınacağı fəaliyyət göstərir. Qarşıdakı qış mövsümündə də hər hansı şəxsin sığınacağa ehtiyacı olarsa, onun həmin müəssisədə yerləşdirilməsi təmin olunacaq”.

Nazirlik nümayəndəsinin sözlərinə görə, vətəndaşların sayı baxımdan bu sahədə heç bir problem özünü göstərməyəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR