Slimfit
  1. CƏMİYYƏT

Bu provayderlər tarifləri qanunsuz olaraq artırıb

Bu provayderlər tarifləri qanunsuz olaraq artırıb
Sakura

Bu provayderlər tarifləri qanunsuz olaraq artırıb


Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Aztelekom MMC və Bakı Telefon Rabitəsi (Baktelekom) MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə işlə bağlı mübahisələr hələ həllini tapmayıb.

Ens.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O bildirib ki, buna səbəb Dövlət Xidmətinin verdiyi qərarla bağlı qarşı tərəfin şikayətinin olmasıdır:

“Ona görə də hazırda məhkəmə prosesi davam edir. Yalnız məhkəmənin son qərarı əsasında bu məsələ həllini tapacaq. Dövlət Xidmətinin verdiyi qərar ədalətlidir. Təbii inhisar subyektinin dövlətin tənzimlədiyi qiyməti Tarif Şurasından razılıq almadan hansısa istiqamətdə dəyişdirməsi qanunsuz hal hesab edilir. Bizim qərarımızın da mahiyyətində bu məsələ dayanır. Hazırda bu məsələ ilə bağlı mübahisələr gedir”.

M.Abbasbəyli vurğulayıb ki, "Aztelekom" və "Baktelekom" bir neçə xidmətlər üzrə tarifləri qanunsuz olaraq artırıb:

“Ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflər üzrə olub. Cəmiyyətlərin tətbiq etdiyi qiymətlər dövlətin müəyyənləşdirdiyi həddən 4 dəfə çox olub. Belə hallar sözügedən sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maneədir".

Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev isə qeyd edib ki, həmin tariflər istehlakçılara göstərilən xidmətlərə görə olan tariflər deyil:

“Onlar “Aztelekom”un yerli bazarda fəaliyyət göstərən rəqiblərinə, yəni digər şirkətlərə tətbiq etdiyi tariflər idi. İstehlakçı bu tarifləri görmür”.

"Aztelekom"dan bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aztelekom MMC-yə qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib:

"Hazırda iş üzrə məhkəmə araşdırması davam edir".

Xatırladaq ki, 2023-cü ildə Dövlət Xidməti Aztelekom MMC və Bakı Telefon Rabitəsi MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə və tariflərin qanunsuz olaraq artırılması barədə iş qaldırıb. Qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, cəmiyyətlərin hərbirinə 16 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR