Slimfit
  1. CƏMİYYƏT

Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı

Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı
Sakura

Bu prospekt və küçələrdə diqqətli olun! - Siyahı

Xəbər verdiyimiz kimi, bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına avtomobillərin daxil olması qadağan ediləcək.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  xüsusi hərəkət zolaqları COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə təşkil edilib. 

Minik avtomobilləri sadəcə, bu günün sonunadək həmin zolaqlardan istifadə edə bilər.

Beləliklə, 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.  

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.  

Qeyd edək ki, COP29 zolaqlarına daxil olanlar inzibati məsuliyyətə cəlb ediləcəklər və 100 manat+3 bal dəyərində cərimələnəcəklər. Artıq həmin zolaqlara avtobus zolağı statusunu verən 5.9, yəni “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR