Dərc edildi: Baxış sayı: 912
Bu preparatlar qaraciyərinizi məhv edir - Həkimlər yazır, siz alırsınız
Dərman preparatları qaraciyərə birbaşa və dolayı yolla zərər vura bilər. Qaraciyər toxuması üçün bu orqanda neytrallaşan bir çox maddələr, o cümlədən də onun metobolitikləri məhvedici ola bilər. Qaraciyərin dərman preparatları ilə zədələnməsi tibb işçiləri üçün hələ də aktual problem olaraq qalır. Belə ki, bu zaman bir xəstəlikdən yaxa qurtarmaq istərkən, başqa birinin inkişafını tətikləmək mümkün olur. Buna görə də məhz meydana çıxan qaraciyər çatışmazlıqları səbəbindən xeyirli olsa belə dövriyyədən çıxarılır. Bir çox dərman vasitələri hepatoksiki xüsusiyyətlərə malikdirlər: antibiotiklər, şişəleyhinə preparatlar, hormonlar, nevrologiyada istifadə edilən perparatlar, immunomodulyatorlar, BAD-lar, bəzi dərman bitkiləri və s.
Medicina.az xəbər verir ki, qaraciyərdə dərman vasitələrinin təsiri ilə baş verən kliniki dəyişikliklər bir sıra amillərdən aslıdır: preparatın dozası, dərman maddəsinin qəbul müddəti, qəbul edilən dərmanların miqdarı, xəstənin yaşı, qidalanma forması, qaraciyərin başlanğıc vəziyyəti, müşahidə olunan əlavə xəstəliklər. Hər bir halda xəstəlik özünəməxsus xüsusiyyətlərlə inkişaf edir, bəzi hallarda isə özünü büruzə vermir.
Bir çox insanlar mütəmadi olaraq qida əlavələri, xəstəliklər üçün profilaktik bitki tərkibli dərmanlar, o cümlədən də arıqlamaq üçün müxtəlif əlavələr qəbul edirlər. Amma heç kim bir çox dərman bitkilərinin qaraciyərə toksiki təsir göstərdiyini heç ağlına belə gətirmir. Bu bitkilərə dəmrovotu, səna otu, məryəmnoxudu, dərman xəndəkotu və s. aiddir.
Buna görə də, bu cür qida əlavələri və arıqlamaq üçün bitki çaylarından istifadə edərkən əvvəlcə həkimlə məsləhətləşməlisiniz. Əks halda sağlamlığınızdan ola bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət