Dərc edildi: Baxış sayı: 810
Bu ölkədə prezident seçkisinə namizəd tapılmadı
Əlcəzairdə iyulun 4-də keçiriləcək seçkilərdə namizədlik üçün zəruri olan sənədləri heç bir namizəd vaxtında təqdim edə bilməyib.
Axar.az xəbər verir ki, bu barədə “Əl Xəbər” nəşri yazıb.
Məlumata görə, sənədlərin təqdim edilməsi üçün son gün mayın 25-i təyin edilib. Lakin 70-ə yaxın namizədin müraciətinə baxmayaraq bunlardan heç biri vaxtında sənədlərini təqdim etməyib. Sözügedən vəziyyət seçkilərin təxirə salınmasına səbəb ola bilər.
Qeyd edək ki, yerli mətbuat seçkilərin bu cür boykot edilməsini nadir nümunə adlandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət