Slimfit
  1. DÜNYA

Bu ölkədə muzeylər və tarixi abidələr açılır

Bu ölkədə muzeylər və tarixi abidələr açılır
Sakura

Bu ölkədə muzeylər və tarixi abidələr açılır

Misir hökuməti sentyabrın 1-dən bütün muzeyləri və tarixi-arxeoloji məkanları açmaq qərarına gəlib.

Ens.az Modern.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm və Antiklər Nazirliyinin saytında açıqlama verilib. 

Hökumətin bu addımı mühüm gəlir mənbəyi olan turizm sektorunu COVID-19 pandemiyasından sonra dirçəltməyə yönəlib.

Açıqlamada həmçinin turist avtobuslarının yarıyadək doldurulması və turist qruplarının 25 nəfərədək təşkili, muzeylərdəki bütün salonların dezinfeksiya olunması, bələdçilər üçün qoruyucu maska taxmaq məcburiyyəti kimi qaydaların tətbiq olunduğu bildirilir.

Belə ki, Qahirədə Misir Muzeyinə saatda 200 nəfərdən artıq, ehramlara və s. qədim məqbərə, türbə kimi məkanlara eyni vaxtda 10-15 nəfərdən artıq adam buraxılmayacaq.

Bununla yanaşı, Nil çayındakı gəmi gəzintilərinə oktyabr ayından başlamaq nəzərdə tutulur.

Qeyd edək ki, ölkədə tarixi-mədəni məkanlar avqust ayının əvvəlindən bağlı olub. Bu addımın Qahirədə koronavirusa yoluxmaların kəskin artması ilə bağlı olduğu bildirilir. Ötən həftədən ölkəyə gələn bütün əcnəbilər koronavirusla bağlı mənfi test arayışı təqdim etməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR