Dərc edildi: Baxış sayı: 353
Bu ölkədə koronavirusun ikinci dalğası barədə xəbərdarlıq edildi
Fransada alimlər koronavirus pandemiyasının ikinci dalğasının payızda və ya qışda başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, son bir neçə gün ərzində ölkədə yoluxma sayında yenidən artım müşahidə olunur.
Təkcə son 3 gün ərzində 3 376 yeni yoluxma qeydə alınıb.
Mütəxəssislər növbəti aylarda ikinci dalğanın olacağını ehtimal edirlər.
Qeyd edək ki, bu günədək Fransada 191 mindən çox şəxs koronavirusa yoluxub, 30 294 nəfər ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət