Dərc edildi: Baxış sayı: 395
Bu nazirlik sahibkarlar üçün ən yaxşı yer olacaq - Musayev
Bu gün Azərbaycanda qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 100 mindən, fiziki şəxslərin sayı isə 900 mindən çoxdur.
Axar.az xəbər verir ki, bunu Aqrarkredit Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında deyib.
M.Musayev yeni yaradılan İqtisadiyyat Nazirliyinin sahibkarlığın inkişafına mühüm töhfə verəcəyini bildirib:
“Bu nazirlik sahibkarlar üçün ən yaxşı yer olacaq. Sahibkarlar bir ünvan tanıyacaq və bütün məsələlərin həllini bir ünvanda tapacaqlar. Bu, çox mükəmməl bir idarəetmə mexanizmidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət