Slimfit
  1. CƏMİYYƏT

Bu məhsulların qiyməti ucuzlaşa bilər – SİYAHI

Bu məhsulların qiyməti ucuzlaşa bilər – SİYAHI
Sakura

Bu məhsulların qiyməti ucuzlaşa bilər – SİYAHI

Xəbər verdiyimiz kimi, qlobal bazarda bəzi ərzaq qiymətləri ardıcıl olaraq yeddinci aydır ki, ucuzlaşır.

Bu proses fevral ayında da davam edib.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) xəbər verir ki, əsas taxıl məhsulları üzrə beynəlxalq kotirovkaların azalması şəkər və ətin bahalaşmasını böyük ölçüdə kompensasiya edib.

Əsas ərzaq mallarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO indeksi fevral ayında 113,7 bənd dəyişib və yanvar ayı ilə müqayisədə 0,7 faiz, habelə ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz azalma qeyd edilib.

Qlobal taxıl ticarətinin əvvəlki illə müqayisədə 1,3 faiz artacağı proqnozlaşdırılır ki, bu da Ukraynanın qarğıdalı ixracına dair proqnozun yaxşılaşması və Çin tərəfindən tələbatın artması ilə əlaqədardır.

Əlverişli hava şəraiti nəticəsində dünyanın ən böyük ixracatçılarından biri olan Rusiya Federasiyasında buğda istehsalı artacaq, həmçinin Çin, Hindistan və Pakistanda yaxşı məhsul əldə ediləcək.

Cənubi Amerikada yüksək məhsul və Ukraynanın təklif etdiyi münasib qiymətlər gözləntiləri fonunda qarğıdalının ixrac qiymətləri aşağı düşüb. Fevralda beynəlxalq düyü qiymətləri də 1,6 faiz ucuzlaşıb.

Bitki yağının qiymət indeksi yanvar ayı ilə müqayisədə 1,3 faiz azalaraq 2023-cü ilin fevral ayından bəri 11 faiz aşağı olub. Qlobal səviyyədə soya yağının qiymətləri nəzərəçarpacaq dərəcədə azalıb. Buna Cənubi Amerikada soya məhsulunun yüksək səviyyədə olacağı perspektivləri təsir edib. Qlobal palma yağının qiymətləri fevral ayında hasilatın mövsümi azalması səbəbindən bir qədər artıb.

Bəs, qlobal bazarda baş verən ucuzlaşma Azərbaycanın istehlak bazarına necə təsir edəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki,  dünya bazarında artan qiymətlər təbii ki, Azərbaycan bazarına təsir edir:

“Amma bu daha çox qiymət artımı zamanı müşahidə edilir. Lakin beynəlxalq birjalarda qiymətlər aşağı düşəndə biz bunu ölkəmizdə təsadüfi hallarda hiss edirik. Son zamanlar ucuzlaşmanı biz ancaq ərzaqlıq buğdada müşahidə etmişik. Bildiyiniz kimi, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra dünya birjalarında ərzaqlıq buğdanın qiyməti kəskin şəkildə artdı. Bunun nəticəsində ölkəmizdə ərzaqlıq buğdanın, o cümlədən çörəyin qiyməti xeyli qalxdı.

Hökumətimizin etdiyi müdaxilə nəticəsində qiymətlər ötən il bir qədər ucuzlaşdı. Ərzaqlıq buğdanın ƏDV-dən və bəzi gömrük rüsumlarından azad olunması, sahibkarlara verilən subsidiyalar hesabına unun qiyməti 2023-cü ildə 30, çörəyin qiyməti isə təxminən 20 faiz ucuzlaşdı”.

Fuad İbrahahimov qeyd edib ki, digər məhsulların qiymətində enmə müşahidə etmirik:

“FAO-nun məlumatından görünür ki, bəzi ərzaq məhsulları 7 aydır ki, tədricən ucuzlaşır. Amma bu ucuzlaşma hələ də gəlib bizim ölkəyə çatmayıb. Ölkəmizdə qiymətlərin beynəlxalq birjalara uyğun şəkildə tənzimlənməsi üçün sağlam rəqabət lazımdır. Ən əsası yerli istehsal artırılmalıdır. Nə qədər ki, idxaldan asılıyıq, bir o qədər də qiymət artımı qaçılmazdır. Çünki idxalçılar bir çox hallarda maya dəyəri süni şəkildə şişirdirlər.

Nəticədə, qlobal bazarda qiymətlər ensə də, bunun ölkəmizə təsiri az olur.

Həm ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, həm də qlobal bazara inteqrasiyanı gücləndirmək üçün yerli istehsal artmalıdır. Məsələn, FAO-nun hesabatında göstərilir ki, bitki yağları son bir ildə 11 faiz ucuzlaşıb. Nəzərə alaq ki, ölkəmizdə istehlak edilən yağların böyük bir hissəsi idxal edilir. Yerli istehsalın da xam malı xaricdən alınır. Ona görə də ixracdan asılılığımız seçim imkanlarımızı azaldır.

Bundan istifadə edən idxalçı şirkətlər də çox zaman ucuzlaşmaya getmir. Bütün bunlara rəğmən yay aylarında bəzi ərzaq məhsullarının ucuzlaşması gözləniləndir. Bu da daha çox daxili amillərlə bağlıdır. Çünki yay aylarında bəzi ərzaq məhsullarına tələbat azalır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR