Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu məhsullar sizi xəstələnməyə qoymayacaq

Bu məhsullar sizi xəstələnməyə qoymayacaq
Sakura

Bu məhsullar sizi xəstələnməyə qoymayacaq

Mütəxəssislər sübut edir ki, soyuq fəsillərdə orqanizmin virus və bakteriyalara olan müqavimətini  artırmaq üçün qidalanmaya bəzi məhsulları daxil etmək lazımdır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə bu məhsulların siyahısını təqdim edir.

- Sarımsaq

Academy of Nutrition and Dietetics tərəfindən keçirilmiş araşdırma göstərib ki, müntəzəm olaraq sarımsaq yeyən insanlar soyuqdəymə xəstəliklərinə 2 dəfə daha az tutulur.

- Turp

C və A vitaminləri ilə zəngin olan bu tərəvəz infeksiyalara qarşı müqaviməti artırır. Alimlərin sözlərinə görə, turpun istehlakı  bağırsaqların faydalı mikroflorasını artırır ki, bu da immun sistemini fəaliyyətinə müsbət təsir edir.

Turpu balla yemək çox faydalıdır, bu halda iltihab əleyhinə effekt dəfələrlə artır.

- Zəncəfil

Efir yağları ilə zəngin olan zəncəfil təbii iltihab, virus və mikrob əleyhinə vasitədir. Soyuqdəymə zamanı zəncəfilli çay ən yaxşı təbii müalicəvi vasitədir. Çay dəmləmək üçün 3-4 sm uzunluqda olan zəncəfil kökünü təmizləyin, sürtgəcdən keçirin, üzərinə 200 ml isti (qaynar yox!) su tökün, 30 dəqiqə dəmləyin və adi çay kimi için.  Çaya bal və limon da əlavə edə bilərsiniz.

- Sarıkök

Soz zamanlar alimlər sarıkökün yeni və yeni faydalarını aşkar edir. Sarıkökü orqanizmə olan təsirə görə təbii antibiotik hesab etmək olar. Sarıkök immuniteti stimullaşdırır, orqanizmə güclü antioksidant təsir edir. Sarıköklü süd boğaz ağısı və iltihabı zamanı ən yaxşı təbii müalicəvi vasitələrdən biridir.    

- İtburnu

Bu giləmeyvənin tərkibində C vitamini limondan 40 dəfə (!) çoxdur. Bu xüsusiyyətə görə itburnu immun sistemini əla stimullaşdırır, soyuqdəymə xəstəliyi zamanı sağalmanı sürətləndirir.

İtburnu dəmləməsini hazırlamaq üçün 2 x.q itburnu termosa tönün, üzərinə 2 stəkan isti (qaynar yox!) su əlavə edin, axşamdan səhərə qədər saxlayın, sonra süzün, gün ərzində çay kimi için.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR