Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bu məhlul ürəyində problem olanlar üçündür

Bu məhlul ürəyində problem olanlar üçündür
Sakura

Ürək problemləri çox ola bilər, amma aşağıda saydığım əlamətlər varsa, onda bu məhluldan istifadə edə…

Ürək problemləri çox ola bilər, amma aşağıda saydığım əlamətlər varsa, onda bu məhluldan istifadə edə bilərsiniz.

Bu məhlul əla bir qandurulducudur, damar mənfəzini genişləndirir, çünki damarların daxilindəki artıq yağ kürəciklərini təmizləyir, qan dövranını bərpa edir, təzyiqi salır. Əgər uzun müddət yol gedə bilmirsinizsə, ürək nahiyyəsində və ya sol qola vuran ağrılar varsa, yüksək təzyiqiniz varsa, ürəkdöyünmələr varsa, yüksək xolesterindən əziyyət çəkirsinizsə, ürək damarlarında tromb varsa (90 faizə qədər), köpdən əziyyət çəkirsinizsə, onda bu məhluldan hazırlayıb istifadə edə bilərsiniz.

Lazım olanlar:

- Yerli limon – 25 ədəd

- Yerli sarımsaq – 3 kq

- Təzə Zəncəfil – 2 kq

Deməli əvvəlcə sarımsaq soyulur, sonra zəncəfil soyulur, limon isə qabıqlı-qabıqlı, hamısı birlikdə ət maşınından keçrilir, sonra yaxşı-yaxşı bir-birinə qarışdırılır və soyuducuya qoyulur (buzxanaya olmaz). 15 gün gözlənilir, amma gündə 2 dəfə qarışdırılmaq şərtilə 15 gündən sonra 2-3 qat tənzifdən sıxılaraq süzülür. Suyu gündə 3 dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı 1 stəkan suya qarışdırılaraq içilir. Bu məhlul həm də çox güclü bir antioksidant mənbəyidir, insana yeni bir əhval-ruhiyyə gətirir, zəngin vitamin əsasındə C vitamini mənbəyidir. Bu məhluldan mədəsində və bağısaqlarında səpgi, yara olanlar istifadə etməməlidirlər. Aşağı təzyiqdə istifadəsi məsləhət deyil, əgər istifadə etmək istəsəniz bal qarışdırıb istifadə edə bilərsiniz, ürək döyüntüsü az olanlar (bradikardiya) bu məhlulun hər bir stəkanına 1 çay qaşığı bal qarışdırıb istifadə edə bilərlər. Məhlul bədəni qələviləşdirmək üçün əla bir vasitədir. Xatırladım ki, bu məhlul beyin qan dövranı pozulmasında və miqrendə də faydalıdır.

 

Mənbə: Saglamolun.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR