İlk baxışdan hərbi texnikaya oxşasa da, əsl macəra və ov avtomobilidir
Azərbaycanda qeyri-adi nəqliyyat vasitəsi satışa çıxarılıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb. Altı təkəri avtomobiı 2019-cu ilin istehsalıdır və “Shaman 8x8 3.0TD” adlanır. Avtomobiı 148 at gücündədir. Onun çatdırılma müddəti 90 gündür.
“İveco F1C 3.0TD” dizel mühərrikə sahib olan avtomobil təzədir. Maksimal komplektasiyada Bakıda təhvil verilməsi ilə birlikdə ümumi qiymət 210 min avro, təxminən 450 min manat təşkil edir. Bu qiymətə isə gömrük rəsmiləşdirilməsi daxil deyil. Öncədən ödəniş 60 faiz tələb olunur. Rəng və komplektasiyaların seçimi sərbəstdir və avtomobil müştərinin zövqünə uyğun olaraq yığılacaq.
Həm avtomobilin özünə, həm də çatdırılma müddətinə 100 faiz təminat verilir.
İlk baxışdan hərbi texnikaya oxşasa da, əsl macəra və ov avtomobilidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət