Slimfit
  1. İQTİSADİYYAT

Bu il vətəndaşlarımız daha çox hansı ölkələrə səfər edib?

Bu il vətəndaşlarımız daha çox hansı ölkələrə səfər edib?
Sakura
:0

Bu il vətəndaşlarımız daha çox hansı ölkələrə səfər edib?

2019-cu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 % artaraq 5095 nəfər olub.

Dövlət Statistika Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil etmişdir.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 %, Gürcüstana gedənlərin sayı 12,7 %, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 %, Türkiyəyə gedənlərin sayı isə 4,5 % artıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 82,5 faizi dəmiryolu və avtomobil, 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR