Slimfit
  1. İQTİSADİYYAT

“Bu il bal yarmarkası keçirilməyəcək!” - RƏSMİ

“Bu il bal yarmarkası keçirilməyəcək!” - RƏSMİ
Sakura

“Bu il bal yarmarkası keçirilməyəcək!” - RƏSMİ

COVİD-19 pandemiyası səbəbindən ölkədə tətbiq edilən sərt karantin rejimilə əlaqədar bu il bal yarmarkası keçirilməyəcək.

Ens.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev bildirib.

M.Musayev qeyd edib ki, əgər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yarmarkanın keçirilməsinə icazə verilərsə, bu, mümkün ola bilər:

“Hazırda bal yarmarkasının keçiriləcəyilə bağlı qərar yoxdur”.

Nazirlik rəsmisi deyib ki, bal yarmarkasının keçirilməsi üçün ən azı 1 aylıq hazırlıq müddəti lazımdır:

“Keçən il bal yarmarkası sentyabrın 28-dən oktyabrın 18-nə kimi olan müddətdə keçirildi. 2018-ci ildə isə yarmarka 5-28 oktyabr tarixlərində baş tutdu. Bu il üçün hələ ki qərar yoxdur. Əgər karantin ləğv edilərsə və Operativ Qərargah tərəfindən icazə verilərsə, bal yarmarkasının keçirilməsini oktyabra planlaşdırmaq olar. Çünki qeydiyyat, arıçıların balı Bakıya gətirməsi üçün vaxt lazımdır. Amma hazırkı situasiyaya görə bal yarmarkasının keçirilməsi nəzərdə tutulmur”.

M.Musayev həmçinin bildirib ki, “Kənddən şəhərə” yarmarkalarının da fəaliyyəti aprel ayından etibarən dayandırılıb:

“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərar olarsa, həftəsonu, ənəəvi yarmarkaların da keçirilməsi müzakirə edilə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR