Bu il Bakıda əsas kapitala 10 mlrd. manatdan çox vəsait yönəldilib
Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10013,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3% az vəsait yönəldilib.
“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ümumi sərmayənin 57%-i dövlət, 43%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Bu ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,7%-ni tikinti, yenidənqurma və genişləndirmə, 7,2%-ni əsaslı təmir, 4,5%-ni cari təmir, 20,6%-ni isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 81,2%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət