Slimfit
  1. İQTİSADİYYAT

Bu il Azərbaycanın magistral kəmərlərilə 20 milyard kubmetr qaz nəql edilib

Bu il Azərbaycanın magistral kəmərlərilə 20 milyard kubmetr qaz nəql edilib
Sakura

Bu il Azərbaycanın magistral kəmərlərilə 20 milyard kubmetr qaz nəql edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19,8 milyard kubmetr qaz nəql edilib.

Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. 

Hesabat dövrünə qaz nəqlinin 8 milyard kubmetri və yaxud 40,1%-i Bakı-Tbilisi-Ərzurum - Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 

Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR