Slimfit
  1. İQTİSADİYYAT

Bu il Azərbaycandakı mehmanxanalar 286 mln. manat gəlir əldə edib

Bu il Azərbaycandakı mehmanxanalar 286 mln. manat gəlir əldə edib
Sakura

Bu il Azərbaycandakı mehmanxanalar 286 mln. manat gəlir əldə edib

 Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2 446,8 min gecələmə olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur.

Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, gecələmələrin 57,8%-i Bakıda, 10,6%-i Qəbələdə, 6,6%-i Xaçmazda, hər birində 3,9olmaqla Naftalan və Qubada, 3,8%-i Qusarda, 2,7%-iNaxçıvan MR-da, 1,1%-i Qaxda, hər birində 0,8% olmaqla Gəncə və Lənkəranda, 8%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3% artaraq 1651,7 min olub ki, bu da ümumi gecələmələrin 67,5%-nitəşkil edir. Gecələmələrin 13,3%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 11,4%-i Rusiya, 9,9%-i Səudiyyə Ərəbistanı, 5,2%-i İran, 4%-i Türkiyə, 3,8%-i İsrail, 3,6%-i Hindistan, 3,3%-i Küveyt, hər biri üzrə 2,7olmaqla Böyük Britaniya və İraq, 2,6%-i ABŞ, 2,5%-i Qətər, 2,2%-i Pakistan, 1,5%-i Qazaxıstan, 1,4%-i Oman, 1,2%-i Almaniya, 1,1%-i Bəhreyn, 1%-i Ukrayna, 26,6%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 795,1 min gecələmə olub.

Bu ilin ilk 9 ayında mehmanxanaların gəlirləri 286,1 mln. manat olub ki, onun da 68,1%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3%-i müalicə və sağlamlıq xidmətlərindən, 5,5%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9% olub. Bu göstərici Naftalanda 62,0%, Ağstafada 36,7%, Qəbələdə 35,3%, Bakıda 30,5%, Zərdabda 24,7%, Qubada 24,3%, Şəmkirdə 23,1%, Şirvanda 22,4%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1% olub. Bu göstərici iyul ayında 32,3%, sentyabr ayında isə 23,2% təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR