Dərc edildi: Baxış sayı: 507
Bu il Azərbaycanda uşaqlara ən çox hansı adlar verilib?
Bu il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan adlar bəlli olub.
Axar.az Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il ərzində Yusif adı 1160 uşağa qoyulub.
Oğlan uşaqlarına Yusifdən sonra ən çox qoyulan adlar Əli (1065), Hüseyn (914), Uğur (891), Ömər (660), Məhəmməd (656) olub.
Bu il qızlara ən çox verilən ad isə Zəhra olub ki, bu, ötən müddətdə 1188 yenidoğulan qıza qoyulub.
Ümumilikdə, ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhradan sonra Aylin (781), Nuray (763), Zeynəb (761), Məryəm (743), Mələk (660), Fatimə (644) və s. olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət