Slimfit
  1. AZƏRBAYCAN

Bu il Azərbaycanda 283 ədəd minik avtomobili istehsal olunub

Bu il Azərbaycanda 283 ədəd minik avtomobili istehsal olunub
Sakura

Bu il Azərbaycanda 283 ədəd minik avtomobili istehsal olunub

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6%, maşın və avadanlıqların istehsalı 13,2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6% artıb.

Dövr ərzində 313 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 30,3% azdır.

Bu ilin birinci rübündə ölkədə 283 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 46,7%, ştanqlı quyu nasoslarının istehsalı 46,1%, mancanaq dəzgahlarının istehsalı 8,8% artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR