Slimfit
  1. AZƏRBAYCAN

Bu il 56 rayonda əmək yarmarkası təşkil olunacaq

Bu il 56 rayonda əmək yarmarkası təşkil olunacaq
Sakura

Bu il 56 rayonda əmək yarmarkası təşkil olunacaq

Bu il Azərbaycanın 56 şəhər və rayonunda əmək yarmarkaları, 10 universitetdə isə aktiv məşğulluq tədbirləri təşkil olunacaq.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu istiqamətdə hazırlıq işlərinə başlanılıb. Xidmət tərəfindən 2019-cu il üçün ölkəmizin şəhər və rayonlarında əmək yarmarkalarının təşkili üçün yerli icra hakimiyyətləri və işəgötürənlərlə əməkdaşlıq şəraitində hazırlıq işlərinə başlanıb. Yarmarkaların bu il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur.

Əmək yarmarkaları zamanı idarə, müəssisə və təşkilatlarda olan vakant iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq, onlara peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaqlar.

Xidmət tərəfindən cari ildə 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılıb. Bu tədbirlər tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazandırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR