Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bu il 251 kürdəmirli məzun ali məktəblərə daxil olub

Bu il 251 kürdəmirli məzun ali məktəblərə daxil olub
Sakura

Bu il 251 kürdəmirli məzun ali məktəblərə daxil olub

Kürdəmir rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan bu il 453 nəfəri ali məktəblərə qəbul üçün ərizə verib, onlardan 251 nəfəri öz arzusuna çatıb. Habelə, 101 məzun orta ixtisas məktəblərinə qəbul olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə rayonun təhsil işçilərinin Atakişili kənd tam orta məktəbində keçirilən ənənəvi sentyabr konfransında danışılıb.

Bildirilib ki, ali məktəblərdə tələbə adını qazananlardan 23 nəfəri 500 baldan, 8 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib. Daha yüksək bal toplayanlar sırasında 1, 2, 3, 5, 6 saylı şəhər, Atakişili, Xınıslı, Dəyirmanlı, Cəyli, Şilyan, Mürtülü, Xırdapay, Sığırlı, Yenikənd və Köhnəbazar kənd tam orta məktəblərinin məzunları üstünlük təşkil edir. Atakişili tam orta məktəbin məzunu Fidan Həsənova 690 balla Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, Xınıslı məktəbinin məzunu Rəşad Gəraylı isə 657 balla həmin məktəbin “Kimya mühəndisliyi” fakültələrinə qəbul olunublar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR