Slimfit
  1. CƏMİYYƏT

Bu halda müəllim öz fənni ilə yanaşı digər fənləri də tədris edə bilər - RƏSMİ

Bu halda müəllim öz fənni ilə yanaşı digər fənləri də tədris edə bilər - RƏSMİ
Sakura

Bu halda müəllim öz fənni ilə yanaşı digər fənləri də tədris edə bilər - RƏSMİ



Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) hansı halda müəllimin öz fənni ilə yanaşı digər fənləri tədris etməsinin mümkünlüyünü açıqlayıb.

Ens.az-ın məlumatına görə, MÜTDA-dan "Sputnik"ə bildirilib ki, məktəbdə fənn müəllimi olmazsa digər ixtisaslı müəllimlərin həmin fənni tədris etməsinə icazə verilir.

"Ümumtəhsil müəssisəsində hər hansı fənn üzrə müəllim çatışmazlığı yaşanırsa, Elm və Təhsil Nazirliyi tərəfindən həmin yer vakant olaraq müsabiqəyə çıxarılır. Mövcud qanunvericiliyin tələblərinə əsasən, məktəbin yerləşdiyi ərazinin relyef şəraitindən asılı olaraq müsabiqə iştirakçılarına xüsusi həvəsləndirmə tədbirləri də şamil olunur. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda, məktəbə ən yaxın məsafədə yerləşən digər məktəbdən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla və ya məktəbdaxili yaxın ixtisaslı digər fənn müəllimlərinin vakant olan fənnin tədrisinə cəlb olunması mümkün ola bilər" - qurumdan bildirilib.

Qeyd edək ki, bir müəllimin öz fənni ilə yanaşı digər fənləri tədris etməsi problemi ötən günlərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində öz əksini tapıb.

Ombudsmanın məruzəsində qeyd edilib ki, əvəzçilik qaydasında və müddətli əmək müqaviləsi ilə ixtisaslı müəllimlərin cəlb olunmasına baxmayaraq, ölkənin bəzi ucqar kənd və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərində kadr çatışmazlığı müşahidə edilməkdədir. Belə ki, ixtisaslı müəllimlər öz fənləri ilə yanaşı, ehtiyac olduğu təqdirdə digər fənləri də tədris edirlər ki, bu da təhsilin keyfiyyətinın aşağı düşməsinə, eyni zamanda şagird və valideynlərin ciddi narazılığına səbəb olur:

"Vətəndaşın əsas şikayəti müvafiq fənnin digər ixtisaslı kadr tərəfindən tədris edilməməsi ilə bağlıdır. Bir sözlə, istinad edilən qanunvericilik aktının müvafiq müddəası qeyd olunan problemin həlli yolu kimi çıxış edə bilməz. Belə halların davamlı olmasını və təhsil hüququna neqativ təsirini nəzərə alaraq, kənd rayonlarında, xüsusilə ucqar yaşayış məntəqələrində yerləşən ümumi təhsil müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsinə, bu məqsədlə kadrların işə cəlb olunmasının stimullaşdırılması məsələlərinə diqqət artırılmalıdır" - məruzədə bildirilub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR