Slimfit
  1. MƏDƏNİYYƏT

Bu gün “Uşaq Avroviziya-2018”in qalibi bilinəcək

Bu gün “Uşaq Avroviziya-2018”in qalibi bilinəcək
Sakura

Bu gün “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi məlum olacaq

Azvision.az xəbər verir ki, “Minsk Arenada” keçiriləcək final yarışında 20 ölkənin nümayəndəsi iştirak edəcək. Yarışda ölkəmizi Fidan Hüseynova təmsil edir. O, səhnəyə 7-ci sırada çıxacaq.

Qeyd edək ki, Fidan Hüseynova 2005- ci ildə anadan olub, hazırda Bakıda Oksford məktəbinin 6-cı sinif şagirdidir. O, həmçinin Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbində təhsil alır. 2017- ci ilin mart ayında İtaliyanın Testene Art Baku Beynəlxalq incəsənət festivalında iştirak edərək 9- 12 yaşlı uşaqlar arasında vokal ifaçılığı üzrə birinci yeri qazanıb. 



Fransalı müğənni Lara Fabianın Bakı konsertində müğənninin dəvəti ilə səhnəyə çıxaraq onunla "Je suis malade" adlı mahnını, İstanbul konsertində isə "Je t,aime" mahnısını duet şəklində ifa edib. Bundan başqa F. Hüseynovanın Azərbaycanın Avroviziya mahnı müsabiqəsindəki ilk təmsilçisi Elnur Hüdeynovla dueti lentə alınıb. 

F.Hüseynova "Sanremo Junior 2018" festivalında iştirak edərək üçüncü yerə layiq görülüb, dəfələrlə rəsm müsabiqələrində uğurlar qazanıb. Eyni zamanda ötən il ölkə üzrə həmyaşıdları arasında keçirilən şahmat yarışında birincilik əldə edib. 2016- cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın gənc istedadlılarının "Qırmızı kitab"ına salınıb və o, Prezident təqaüdünə layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR