Dərc edildi: Baxış sayı: 450
Bu gün şahmat üzrə Azərbaycan çempionatına start veriləcək
Yanvarın 15-dən 26-dək şahmat üzrə kişilər arasında Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu gün yarışın açılış və püşkatma mərasimi olacaq.
Azərbaycan çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparacaqlar. Ölkə birinciliyi Azərbaycan Şahmat Federasiyasının binasında keçiriləcək.
Qeyd edək ki, sonuncu ölkə çempionatının qalibi Abdulla Qədimbəylidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət