Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb
Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.
Bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Xəbərə görə, qış fəslinin Azərbaycana gəlişi dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də baş verəcək. Həmin tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq.
Ölkəmizin də yerləşdiyi Şimal yarımkürəsində ilin ən uzun gecəsinin yaşanması kimi bilinən gecə-gündüzün bərabərliyi haqqında bilmədiyiniz faktları topladıq. 23 dekabr tarixindən etibarən gündüzün müddəti uzanacaq. Paralel olaraq, gecənin müddəti qısalacaq.
21 dekabrın astronomik əhəmiyyəti nədir?
21 dekabrda Günəşin şüaları Oğlaq bürcünə dik istiqamətdə Yer kürəsinə düşəcək. Bu tarixdən etibarən Cənub yarımkürəsində gecənin müddəti qısalmağa başlayacaq. Eyni hadisə Şimal yarımkürəsində tərsinə baş verəcək. Nəticə etibarilə Şimal yarımkürəsi ən uzun gecəsini yaşayacaq.
Neçə saat davam edəcək?
Ən uzun gecə 15 saat 6 dəqiqə, gündüz isə 8 saat 54 dəqiqə olacaq.
Mənbə: Publika.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət