Slimfit
  1. İQTİSADİYYAT

Bu gəlirlərdən istifadə qaydası təsdiqləndi

Bu gəlirlərdən istifadə qaydası təsdiqləndi
Sakura

Bu gəlirlərdən istifadə qaydası təsdiqləndi

“Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiqlənib.

“Qafqazinfo”nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

İnvestisiya fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

- təhlükəsizlik;
- likvidlik;
- gəlirlilik;
- müxtəliflik.

Sərbəst vəsaitin investisiyaya yönəldilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan İnvestisiya Şurasının tərkibinə, sədr Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olmaqla, Nazirliyin iki nümayəndəsi, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndələri daxil edilirlər. İnvestisiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir. Nəzərdə tutulan hər bir maliyyə aləti üzrə investisiyanın müddəti, bu müddətdə gəlirlilik hədəfi, investisiyanın minimal və maksimal həcmi, risk təhlilləri, o cümlədən maliyyə və əməliyyat riskləri, kontragentlərin seçilməsi, əqdlərin bağlanması və kredit riskinə dair tələblər, habelə investisiya strategiyası ilə bağlı digər məsələlər hər il üçün İnvestisiya Şurası tərəfindən qəbul edilən investisiya siyasəti sənədində müəyyən olunur. İnvestisiya fəaliyyəti ilə bağlı qərarların hazırlanaraq təsdiq olunması İnvestisiya Şurasına təqdim edilməsi, habelə investisiya fəaliyyətinin həyata keçirilməsinin təşkili məqsədilə Fondun İdarə Heyətinin qərarına əsasən Fondda İnvestisiya Komitəsi yaradılır. İnvestisiya Komitəsinin fəaliyyəti İdarə Heyətinin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.

Sərbəst vəsait aşağıdakı maliyyə alətlərinə investisiya edilir:

- Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına;
- Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızlarına;
- dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara;
- qeyd olunan qiymətli kağızlar üzrə repo və əks-repo əməliyyatlarına;
- tələblərə cavab verən banklarda yerləşdirilən depozitlərə.

Sərbəst vəsaitin Nazirlik tərəfindən müəyyənləşdirilən investisiyaya yönəldiləcək məbləği bu Qaydada nəzərdə tutulan maliyyə alətlərinə milli valyutada investisiya edilir.

İnvestisiya fəaliyyətini Fond həyata keçirir. Bu Qaydada göstərilənlər istisna olmaqla, sərbəst vəsait səhmlərə, törəmə maliyyə alətlərinə, o cümlədən qiymətli metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edilə bilməz. Sərbəst vəsaitin investisiyaya yönəldiləcək məbləği, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Fondun Mərkəzi Bankdakı hesabında saxlanılır.. Sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsinin, investisiya gəlirlərinin, onun istifadə olunmamış qalığının və xərclərin uçotu Fondda ayrıca aparılır.
Bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 (on) faizindən çox olmamalıdır. Banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 (beş) faizi həcmindən çox olmamalıdır.. Banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.
Sərbəst vəsait aşağıdakı meyarlara cavab verən banklarda depozitə qoyulur:

- Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara;

- Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara.

İnvestisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə oluna bilər:

- investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;
- sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;
- müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.

İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edir. 5.3. İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı növbəti büdcə ilinə sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsi kimi keçirilir.

İnvestisiya fəaliyyəti, o cümlədən həmin fəaliyyətin nəticələri barədə Nazirlik tərəfindən ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR