Slimfit
  1. İQTİSADİYYAT

Bu ərazidə Azərbaycanın ən böyük günəş elektrik stansiyası tikiləcək

Bu ərazidə Azərbaycanın ən böyük günəş elektrik stansiyası tikiləcək
Sakura

Bu ərazidə Azərbaycanın ən böyük günəş elektrik stansiyası tikiləcək

Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrindən ən irisi – gücü 1 300 MVt olacaq, Ələt qəsəbəsinin 2 km cənubunda yerləşəcək günəş elektrik stansiyasıdır.

Yeni Sabah” xəbər verir ki, bu barədə AERA-dan məlumat verilib. Bildirilib ki, 2 600 hektar ərazidə yerləşəcək günəş elektrik stansiyanın illik istehsal edilməli olan enerjinin həcmi 1 725 KVt-saatdır.

Qeyd olunan 8 layihə üzrə ümumi gücündən 2 825 MVt-ı günəş, 442,2 MVt-ı isə külək elektrik stansiyaların (3-ü günəş, 5-i isə külək elektrik stansiyası) payına düşəcək.

Məlumata əsasən, alternativ və bərpa olunan enerji üzrə digər iri obyekt – 1 100 MVt gücündə, Hacıqabul rayonunun Atbulaq kəndinin 5 km şimal-şərqində 2 200 hektar ərazidə yerləşəcək. Bu enerji obyektinin illik istehsal edilməli olan enerjinin həcmi 1 460 mln. KVt-saatdır.

Üçüncü günəş elektrik stansiyası Abşeron milli parkının yaxınlığında, Abşeron yarımadasında 850 ha ərazidə yerləşəcək. Bu stansiyanın gücü 425 MVt, illik istehsal ediləcək enerjinin həcmi isə 579 mln. KVt-saat təşkil edəcək.

Qeyd edək ki, Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrin ümumi gücü 3 267,5 MVt təşkil edir. Layihələr üzrə ilk hərracın keçirilməsi 2020-ci ilin birinci yarısında  planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR